Bu Gün Hava: 22°ABŞ dolları1.7 AZNAvro1.9044 AZN
Oxunub: 48 dəfə

Agdamlı könüllülər pandemiyayla mübarizəyə dəstək olurlar

Paylaş

Ağdam könüllüləri Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın çağırışına qoşularaq koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar həyata keçirilən tədbirlərdə fəallıq göstərirlər.

Ağdam könüllüləri məhəllə və küçələrdə xüsusi elanlar vasitəsilə əlaqə nömrələri paylaşır, ehtiyacı olan şəxslərə zənglər əsasında vətəndaşların öz vəsaiti hesabına gündəlik ərzaq məhsullarının, dərman vasitələrinin alınmasına və kommunal ödənişlərinin həyata keçirilməsinə köməklik göstərirlər.

Həmçinin Yeni Azərbaycan Partiyası Ağdam rayonu təşkilatı Gənclər Birliyinin könüllüləri koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının ilk günlərindən başlayaraq səyyar şəkildə mütəmadi olaraq tənha ahılların, aztəminatlı ailələrin, şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin evlərinə baş çəkərək, onlara tibbi spirt, tibbi maska və əlcəklər paylayıblar.

Rayonda yaşayan yüzlərlə tənha ahıllara, aztəminatlı ailələrə, şəhid ailələrinə, fiziki məhdudiyyəti olan şəxslərə müxtəlif ərzaq və gündəlik tələbat məhsullarından ibarət bağlamaların çatdırılmasında rayon icra hakimiyyətinin könüllüləri də fəal iştirak ediblər.

Könüllü gənclər əhali arasında pandemiya ilə bağlı maarifləndirmə işlərinin aparılması, küçədə maskasız gəzən şəxslərə tibbi maskaların paylanması, həmçinin günümüzün görünməyən qəhrəmanları olan polis və tibb işçilərinə könüllülər adından təşəkkür mesajlarının çatdırılmasında da böyük həvəslə iştirak edirlər.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az