Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0018 AZN
Oxunub: 37 dəfə

AQTA baytarlıq nəzarət tədbirlərini davam etdirir

Paylaş

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qurbanlıq heyvanların kəsiminin həyata keçirildiyi ərazilərdə baytarlıq nəzarət tədbirlərini davam etdirir.

Arx.az xəbər verir ki, Agentlikdən verilən məlumata görə, AQTA-nın və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində stasionar fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində baytarlıq nəzarəti tədbirlərini davam etdirir.

Əhalinin Qurban bayramını sağlam və təhlükəsiz şəraitdə qeyd etmələrini təmin etmək məqsədilə AQTA-nın baytar müfəttişləri stasionar heyvan kəsimi məntəqələrində baytarlıq, sanitar-gigiyenik qayda və normaların qorunması məqsədilə nəzarət tədbirləri keçirir.

Bayramla əlaqədar qurbanlıq heyvanların kəsiminin həyata keçirildiyi ərazilərdə pandemiya şəraiti nəzərə alınmaqla qida təhlükəsizliyinin təmin edilməsinə nəzarət olunub. Pandemiya dövrünün tələblərinə əməl olunması ilə bağlı vətəndaşlarla maarifləndirici söhbətlər aparılıb.

Eyni zamanda, nəzarət tədbirləri nəticəsində pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərini pozan şəxslər barədə müvafiq tədbirlər görülüb.

AQTA bir daha vətəndaşları xüsusi karantin rejimi ilə əlaqədar tətbiq olunan qaydalara əməl etməyə çağırır.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az