Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 69 dəfə

“Azərişıq” regionlarda sosial aksiya keçirir

Paylaş

Karantin rejimində şimal və qərb regionlarının maddi ehtiyacı olan sakinlərinə “Azərişıq” ASC əməkdaşları tərəfindən ərzaq sovqatları paylanılıb.

ASC-dən bildirilib ki, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, tənha şəxslərə və aztəminatlı ailələrə müxtəlif ərzaq məhsullarından ibarət yardımlar çatdırılıb.

Şimal regionunda Quba və Xaçmaz rayonu, qərb regionunda isə Gəncə şəhəri, Samux, Tovuz, Göygöl, Ağstafa, Daşkəsən, Gədəbəy, Qazax və Şəmkir rayonlarının müxtəlif qəsəbə və kəndlərində həyata keçirilən bu sosial aksiyadan maddi ehtiyacı olan 700-dən çox ailə faydalanıb.

“#Evdəqal” çağırışı dövründə həyata keçirilən bu sosial aksiya karantin şəraitində ehtiyacı olan şəxslərə maddi və mənəvi dəstək olmaq məqsədi daşıyır və digər regionlarda da davam etdiriləcək.

Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışı əsasında dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə baş tutan bu aksiya sıravi vətəndaşlar tərəfindən razılıqla qarşılanıb. Sakinlər ölkə başçısı və aksiya təşkilatçılarına öz minnətdarlığını ifadə ediblər.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az