Bu Gün Hava: 22°ABŞ dolları1.7 AZNAvro1.9044 AZN
Oxunub: 79 dəfə

Bərdəli gənclər pandemiyaya qarşı mübarizədə fəal iştirak edirlər

Paylaş

Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) başlatdığı “Bir-birimizi qoruyaq” kampaniyasına Gənclərin İnkişaf və Karyera Mərkəzinin Bərdə nümayəndəliyinin “Gənc könüllüləri” və ASAN könüllüləri də qoşulub.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin rəhbəri Şəmsiyyə Abbaszadə bildirib ki, kampaniya karantin rejiminin yumşaldılması ilə əlaqədar vətəndaşların kütləvi toplaşdığı yerlərdə sosial məsafənin qorunması və digər davranış qaydaları barədə ictimai maarifləndirmənin aparılması, cəmiyyətimizin sağlamlığının qorunması məqsədi daşıyır.

Kampaniya çərçivəsində gənclər vətəndaşlar arasında maarifləndirmə işləri aparıb və əllərini dezinfeksiya etdikdən sonra onlara əlcək və maska paylayıblar.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az