Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 77 dəfə

Beyləqan rayonunda müvəqqəti məskunlaşan 80 ailəyə ərzaq baglamaları çatdırılıb

Paylaş

Xocavəndli məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları ərazilərdə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində Xocavənd Rayon İcra Hakimiyyəti tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir. Eyni zamanda ahıl insanlara, şəhid və aztəminatlı ailələrə zəruri yardımlar göstərilir.

Arx.az Azərtac-a istinadla xəbər verir ki, “Dəstək olaq” sosial layihəsi çərçivəsində Xocavənd Rayon İcra Hakimiyyəti tərəfindən Beyləqan rayonu ərazisində müvəqqəti məskunlaşan 80 ailəyə müxtəlif çeşidli ərzaq bağlamaları çatdırılıb.

Aksiyaya müxtəlif idarə və təşkilatlar, eyni zamanda, rayonun xeyriyyəçi gəncləri də qoşulub. Söhbət zamanı vətəndaşlara ölkədə tətbiq olunan xüsusi karantin rejiminə ciddi əməl olunması, zərurət olmadan digər şəxslərlə təmasda olmamaları və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq şəxsi gigiyena qaydalarına əməl etmələri tövsiyə edilib.

Rayon sakinləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az