Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 73 dəfə

Cəlilabadda 250 ailəyə ərzaq baglamaları paylanılıb

Paylaş

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Cəlilabad rayonu ərazisində ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində qabaqlayıcı və sosial izolyasiya tədbirləri davam etdirilir.

Arx.az Azərtac-a istinadla xəbər verir ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq yaşı 65-dən yuxarı olan vətəndaşlara, eləcə də aztəminatlı ailələrə, ümumilikdə, 250 ailəyə ərzaq bağlamaları paylanılıb.

Aksiya zamanı vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə elan olunan xüsusi karantin rejiminə əməl edilməsinin zəruriliyi barədə məlumat verilib.

Bu nəcib təşəbbüsü razılıqla qarşılayan insanlar göstərilən diqqət və qayğıya görə dövlətmizin başçısına minnətdarlıqlarını bildiriblər.

Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşları, həmçinin vətəndaşlarla yerlərdə maarifləndirici söhbətlər aparır, xüsusi karantin rejiminin qaydalarına riayət etmələrinin onların özlərinin və yaxınlarının sağlamlığı üçün vacibliyini diqqətə çatdırırlar.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az