Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 75 dəfə

Dəvədabanı yaşayış massivinin yolu yenidən qurulub

Paylaş

Quba rayonunun Dəvədabanı yaşayış massivinin yolu yenidən qurulub.

Arx.az Azərtac-a istinadla xəbər verir ki, altı kilometr uzunluğundakı yola ikiqat asfalt döşənməklə yanaşı, səkilər də yenidən qurulub. Yolda müasir işıqlandırma sistemi quraşdırılır.

Yenidənqurma işləri burada yaşayan vətəndaşların, həm də bu yoldan istifadə edənlərin əlavə məsafə qət etmədən rahat və təhlükəsiz gediş-gəlişini təmin edəcək. Bundan əvvəl əsaslı təmir edilmədiyindən yol yatağı və örtüyü deformasiyaya uğramış, çalalar və çökmələr əmələ gəlmişdi.

Bu isə avtonəqliyyat vasitələrinin hərəkətini çətinləşdirirdi. Bundan başqa küçənin səki hissələrinin yararsız olması piyadaların yolun kənarı ilə rahat və təhlükəsiz hərəkətinə maneə yaradırdı.

Yaxın günlərdə küçədə təmir-tikinti işlərinin yekunlaşdırılması planlaşdırılır. Bundan sonra küçə zəruri yol nişanları və üfüqi nişanlanma xətləri ilə təmin ediləcək.

Dəvədabanı Qubanın yeni salınan yaşayış massivlərindəndir. Ötən il yaşayış məntəqəsi qazlaşdırılaraq 600-dən çox abonentə ilk dəfə “mavi yanacaq” verilib.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az