Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 68 dəfə

Füzuli rayonunda tənha ahıllara yardım edilir

Paylaş

Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq respublikamızın hər yerində olduğu kimi, Füzuli rayonunda da koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması, xüsusi karantin rejiminin tələblərinə ciddi əməl olunması məqsədilə qabaqlayıcı tədbirlər həyata keçirilir, maarifləndirmə işləri aparılır. Karantin rejimi zamanı ən çox çətinlik çəkən insanlar tənha yaşayan, yaşı 65-dən yuxarı olan vətəndaşlardır. 

Arx.az Azərtac-a istinadla xəbər verir ki, rayonun müxtəlif yaşayış məntəqələrində tənha yaşayan, yaşı 65-dən yuxarı olan vətəndaşların siyahısı hazırlanıb.

Rayon icra hakimiyyətinin rəhbərliyi və aparatın əməkdaşları tərəfindən vaxtaşırı olaraq onlara baş çəkilir, ərzaq yardımı və tibbi ləvazimatlar çatdırılır, digər köməkliklər göstərilir. Yaşlı insanlarla maarifləndirici söhbət aparılır, sağlamlıqlarının qorunması üçün evdə qalmaları, gigiyena qaydalarına ciddi əməl etmələri tövsiyə olunur.

Bu nəcib təşəbbüsü razılıq hissi ilə qarşılayan ahıl vətəndaşlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az