Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 73 dəfə

Göyçayda tənha ahıl sakinlər dövlətimizin başçısına minnətdarlıq ediblər

Paylaş

Koronavirus pandemiyasının yayılma təhlükəsi ilə əlaqədar tətbiq olunan gücləndirilmiş karantin rejimi şəraitində Göyçay rayonunda tənha ahıl insanların gündəlik ərzaq məhsullarına olan tələbatının ödənilməsi istiqamətində ardıcıl işlər görülür.

Arx.az Rayon icra hakimiyyətinə istinadla xəbər verir ki, ötən gün Cəyirli, Kürdəmiş, Qubadlı, Şıxlı və Türkmən kəndlərində 15 nəfər tənha ahıl sakinə ərzaq yardımı göstərilib.

Ziyarət olunan və evlərində zəruri ərzaq malları alan ahıllar xüsusi karantin rejimi günlərində onlara göstərilən bu cür diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Rayonda tənha ahıl insanlara, eləcə də aztəminatlı ailələrə sosial yardımlar davam etdirilir.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az