Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0006 AZN
Oxunub: 59 dəfə

Həmkarlar İttifaqları Konfederasiyası Qarabag bölgəsində 300 ailəyə ərzaq yardımı edib

Paylaş

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) xüsusi karantin rejimi günlərində ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlərə dəstək nümayiş etdirərək Qarabağ bölgəsinə aid rayonlarda aztəminatlı ailələrə kömək məqsədilə ərzaq yardımı göstərib.

AHİK-in İcraiyyə Komitəsinin qərarı ilə yerli icra hakimiyyətinin tərtib etdiyi siyahıya əsasən, Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Yevlax və Laçın rayonlarının hər biri üzrə 50 ailə olmaqla, ümumilikdə, 300 aztəminatlı ailəyə ərzaq bağlamaları təqdim edilib. Yardım bağlamalarına çay, qənd, şəkər tozu, düyü, bitki yağı, makaron və başqa ərzaqlar qoyulub.

Ərzaq yardımı alan vətəndaşlar xüsusi karantin rejimi günlərində onlara göstərilən köməyə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, bu günlərdə AHİK-in İcraiyyə Komitəsi xüsusi yardıma və qayğıya ehtiyacı olan aztəminatlı ailələrə, təqaüdçülərə ərzaq yardımlarının paylanmasını nəzərdə tutan yeni qərar qəbul edib. Bu məqsədlə respublikanın 76 şəhər və rayonunda yaşayan 3900 aztəminatlı ailəyə ərzaq sovqatının paylanılması qərara alınıb.

Ümumi həcmi 68 ton olan ərzaq sovqatları hər bir ailə üçün vacib olan gündəlik tələbat mallarından ibarətdir.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az