Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 10 dəfə

İnklüziv cəmiyyətin inkişafı naminə onlayn təhsilin əhəmiyyəti adlı növbəti distant təlim təşkil edilib

Paylaş

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi, “Dostluq” gənclərin əlaqələndirmə mərkəzinin təşkilatçılığı ilə “Postpandemiya dövründə inklüziv cəmiyyətin inkişafı naminə onlayn təhsilin təbliği” adlı layihənin növbəti distant təlimi keçirilib.

Distant təlimdə aidiyyəti dövlət qurumların nümayəndələri, informasiya-kommunikasiya texnologiyaları üzrə tanınmış mütəxəssislər, politoloqlar, gənc liderlər, regionda yaşayan və təhsil alan fəal gənclər, mərkəzin üzvləri və könüllüləri iştirak ediblər.

Distant təlimdə mərkəzin məsləhətçisi dosent Yusif Ağayev, Gənc politoloqlar klubunun rəhbəri Zaur Məmmədov, Dövlət İdarəçilik Akademiyası İnformasiya-kommunikasiya texnologiyaları kafedrasının müəllimləri Atiq Əliyev, Səbinə Bəşirova və başqaları çıxış ediblər. Çıxışçılar qeyd ediblər ki, postpandemiya dövründə inklüziv cəmiyyətin inkişafını təmin etmək üçün təhsilin distant formada davam etdirilməsi zərurəti yaranıb. Bu platforma təhsilin davamlılığı və təhsilalanların keyfiyyət göstəriciləri baxımından daha effektivdir.

Distant təlimdə çıxış edənlər postpandemiya dövründə onlayn təhsilin əhəmiyyətini, dünyanın rəqəmsal idarəetmə modelinə keçid dövrünü yaşadığını, yeni münasibətlər sisteminin formalaşdığına diqqət çəkiblər. Eyni zamanda qeyd ediblər ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “İndi biz XXI əsrdə yaşayırıq. XXI əsr yüksək texnologiyalar əsridir. Bu əsrdə hansı ölkə biliyə, savada, yeniliyə daha meyillidirsə, o ölkə öz maraqlarını təmin edəcəkdir” deməklə müasir təhsil vasitələri və onlardan istifadə etməklə bilik və bacarıqların əldə edilməsinin zəruriliyini xüsusi vurğuladığını diqqətə çatdırıblar.

Distant təlimdə 70-dən çox iştirakçının birbaşa və mesajla olan sualları cavablandırılıb.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az