Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 68 dəfə

“Könüllü qonşu” aksiyasına Balakənli gənclər də qoşulub

Paylaş

Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin təşəbbüsü ilə həyata keçirilən “Könüllü qonşu” aksiyasına Balakən Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri də qoşulublar.

Mərkəzin direktoru Şahin Qarakişiyev bildirib ki, aksiya çərçivəsində könüllülər qonşuluqda yaşayan, karantin rejimi ilə əlaqədar evdən çıxa bilməyən yaşı 65-dən yuxarı ahıl, tənha vətəndaşlara baş çəkiblər.

Gənclər zəruri ərzaq məhsullarının və dərman preparatlarının alınmasında, həmçinin məişət tullantılarının atılmasında ahıl vətəndaşlara kömək ediblər.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az