Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 78 dəfə

Kürdəmirdə karantin rejimini pozan şəxslər saxlanılıb

Paylaş

Kürdəmirdə polis əməkdaşları karantin rejimini pozan 2 nəfər Yevlax rayon sakinini saxlayıblar.

Arx.az Azərtac-a istinadla xəbər verir ki, saxlanılanlardan biri-1968-ci il təvəllüdlü Allahverdi Hacıyev “8103” qaynar xəttinə zəng edərək yaxınlarının yas yerinə getməsi ilə əlaqədar icazə alıb.

Digər saxlanılan şəxs 1978-ci il təvəllüdlü Tofiq Cabbarov özünü su idarəsinin işcisi kimi təqdim edib.

Araşdırma zamanı hər iki şəxsin Kürdəmir rayon ərazisinə bəhanə ilə girmək istədikləri məlum olub. Onlar saxlanılaraq polis şöbəsinə gətirilib. Dindirmə zamanı karantin rejimini bilərəkdən pozduqlarını etiraf ediblər.

Hər 2 şəxs İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə cərimə olunublar.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az