Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 73 dəfə

Lənkəranda maarifləndirici onlayn görüş keçirilib

Paylaş

Lənkəran Şəhər Gənclər və İdman İdarəsi və Lənkəran Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə Rayon Polis Şöbəsi və Şəhər Gigiyena və Epidemiologiya Mərkəzi ilə birgə əsrin bəlasına çevrilən koronavirus pandemiyasına qarşı gənclər üçün onlayn maarifləndirici görüş keçirilib.

Arx.az Azərtac-a istinadla xəbər verir ki, görüşdə Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Mikayıl Cəfərzadə, Lənkəran Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Famil Məmmədov, Lənkəran Şəhər Gigiyena və Epidemiologiya şöbəsinin şöbə müdiri Xəlil Xəlilov və Lənkəran Şəhər Rayon Polis Şöbəsinin inspektoru Toğrul Əhədzadə iştirak ediblər.

Onlayn görüşdə ölkəmizdə koronavirus (COVID-19) pandemiyasına qarşı ölkə rəhbərliyi tərəfindən vaxtında görülən qabaqlayıcı tədbirlərdən danışılıb. Həmçinin Lənkəran Şəhər İcra Hakimiyyəti və aidiyyəti qurumlar tərəfindən mövcud vəziyyətlə əlaqədar rayonda görülmüş işlər, şəxsi gigiyena və xüsusi karantin rejimi qaydaları haqqında gənclərə ətraflı məlumat verilib.

Bu qaydalara əməl olunmasının vacibliyi diqqətə çatdırılıb, Gənclər və İdman Nazirliyi tərəfindən onlayn keçirilən layihələrdə, görüşlərdə və seminarlarda iştirak etmələri gənclərə tövsiyə olunub.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az