Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 71 dəfə

Masallıda saxta sənədlə xüsusi karantin rejimini pozan şəxs saxlanılıb

Paylaş

Masallı rayonunun Yeni Zuvand kənd sakini Elvin Muradov xüsusi karantin rejiminin tələblərinə əsasən şəhər ərazisində saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, E.Muradov saxlanılan zaman Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarına Əmlak Məsələləri üzrə Dövlət Komitəsində işlədiyini bildirib.

O, üzərində gəzdirdiyi, həmin dövlət qurumunda mütəxəssis kimi işlədiyinə dair yazılar olan vəsiqəni polis əməkdaşlarına təqdim etdikdə isə vəsiqənin saxta olduğu müəyyən edilib.

Araşdırmalarla məlum olub ki, E.Muradov xüsusi karantin rejiminin qaydalarını pozmaq və rayon ərazisində sərbəst şəkildə hərəkət etmək üçün Əmlak Məsələləri üzrə Dövlət Komitəsində mütəxəssis işləməsi barədə yazılar olan saxta vəsiqə hazırlayıb.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az