Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0006 AZN
Oxunub: 84 dəfə

Masallıda xeyriyyə aksiyası geniş vüsət alıb

Paylaş

Masallı rayonunda koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə məqsədilə tibbi profilaktiki, maarifləndirmə tədbirləri ilə yanaşı, rayon icra hakimiyyəti tərəfəndin “Biz birlikdə güclüyük!” devizi ilə keçirilən xeyriyyə aksiyası da geniş vüsət alıb.

Arx.az Azərtac-a istinadla xəbər verir ki, xeyriyyə aksiyası çərçivəsində indiyədək 5125 aztəminatlı ailəyə, yaşı 65-dən yuxarı olan 143 tənha insana ərzaq bağlamaları, həmçinin 200 ədəd 1 litrlik, 4500 ədəd 100 millilitrlik tibbi spirt, 3000 ədəd tibbi əlcək, 10000-dən çox tibbi maska paylanılıb.

Bundan əlavə, Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə 50 ədəd tibbi çanta və 450 ədəd tibbi maska verilib.

Rayonun şəhər, qəsəbə və kəndlərində geniş vüsət almış xeyriyyə aksiyasında isə sakinlərə pulsuz çörək paylanılıb. Hazırda bu aksiya davam etdirilir.

Xeyriyyə aksiyalarında Masallı Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Masallı Rayon Təşkilatı, Milli Məclisin deputatları Məşhur Məmmədov, Anar İsgəndərov, Cavanşir Paşazadə, sahibkarlardan Ramazan Mirzəyev, Qalib Məmmədov, Akif Qarayev, Ramazan Zeynalov, İlkin Şükürov, Tahir Niftullayev, Etibar Ağayev, Nəriman Əliyev, Ələsgər Tarverdiyev, Eldar Salmanov, Adil Quliyev, Laçın Sadıqzadə, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi, “Ümidim sənsən” İctimai Birliyi, “Sosial İnkişafa Yardım” İctimai Birliyi daha çox fəallıq nümayiş etdirirlər.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az