Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 70 dəfə

Muxtar Respublikada aztəminatlı ailələrə ərzaq payı verilir

Paylaş

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən muxtar respublikada sosial qayğıya ehtiyacı olanlar – tənha ahıllar, aztəminatlı və çoxuşaqlı ailələr müəyyənləşdirilərək onlara ərzaq paylarının verilməsinə başlanılıb.

Arx.az Azərtac-a istinadla xəbər verir ki, bu çərçivədə Naxçıvan şəhərində 50 tənha ahıla və aztəminatlı ailəyə ərzaq payı verilib.

Tənha ahıllardan olan Naxçıvan şəhər sakini Mələk Rüstəmova ahıllara göstərilən qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.

Qeyd edək ki, bu tədbirlər muxtar respublikanın rayonlarında da davam etdirilir.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az