Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 70 dəfə

Naxçıvan şəhərində və kəndlərdə dezinfeksiya işləri aparılır

Paylaş

Muxtar respublikada həyata keçirilən qabaqlayıcı tədbirlər, sanitar-profilaktik və dezinfeksiya işləri gücləndirilmiş rejimdə davam etdirilir.

Arx.az Azərtac-a istinadla xəbər verir ki, növbəti dəfə bu işlər Naxçıvan şəhərindəki Əcəmi seyrangahında, o cümlədən Qaraçuq və Qaraxanbəyli kəndlərində aparılıb.

Əcəmi seyrangahında aparılan dezinfeksiya işləri Möminə xatın türbəsinin ətrafını və Açıq Səma Altındakı Müzeyi və ətraflarını əhatə edib.

Qaraçuq və Qaraxanbəyli kəndlərində aparılan işləri zamanı daxili yollar, səkilər və küçələr, kənd inzibati dairələri üzrə nümayəndəliklərin binası və ətraf ərazilər xüsusi məhlulla dezinfeksiya olunub.

Dezinfeksiya işləri Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti tərəfindən və xüsusi avadanlıqlar quraşdırılan maşınlarla aparılıb.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az