Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 59 dəfə

Onlayn seminar: “Azərbaycanda epiqrafika və Agsu epiqrafikası”

Paylaş

Aprelin 26-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və onun “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix Mədəniyyət Qoruğunun təşkilatçılığı ilə “Azərbaycanda epiqrafika və Ağsu epiqrafikası” mövzusunda onlayn seminar keçirilib.

Onlayn seminarda Qoruğun direktoru, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin və AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktor müavini, tarix üzrə fəlsəfə doktoru Həbibə Əliyevanın məruzələri dinlənilib. Fariz Xəlilli məruzəsində qeyd edib ki, Azıx adamının ayı kəllələrində cızdığı xətlərlə başlayan informasiya ötürmə Qobustan, Babadərviş, Qaracəmirli, Şahtaxtı təsvirləri ilə piktoqrafik işarələr dövrünə qədəm qoyub.

Xocalıda assur dilində mixi yazı, Qobustanda latın yazısı, Şəkidə yunan yazısı və Xarabagilanda arami yazılı kitabələrini Mingəçevirdə alban əlifbalı yazı izləyib. Ərəb əlifbasının kufi, süls, nəsx, nəstəliq xətlərində kitabələri daş, saxsı, metal, parça, ağac, şüşə üzərində həkk olunub. Orta əsr Ağsu şəhərində türk, ərəb, fars, holland, ingilis, alman, çin, rus, gürcü dillərində nümunələr üzə çıxıb. Ağsu ekspedisiyası üzvlərinin Gəgəli yaylağında, Basqal və Avaxılda apardığı tədqiqatlarda da kitabələrə rast gəlinib.

Həbibə Əliyeva isə məruzəsində Orta əsr Ağsu şəhəri və Şeyx Dursun türbəsi ətrafında öyrənilən daş kitabələr haqqında danışıb. Bildirib ki, Orta əsr Ağsu şəhəri ətrafındakı üç qəbiristanlıqda 200-dən çox qəbir abidəsi öyrənilərək inventarlaşdırılıb, estampları çıxarılıb, oxunub və nəşrə hazırlanıb. Ağsu Cümə məscidinin həyətində məscid imamının qəbrinin kitabəsi də aşkarlanıb. Şeyx Dursun türbəsi kitabəsinin tarixi dəqiqləşdirilib, ətrafındakı qəbir daşları inventarlaşdırılıb, estampları çıxarılıb, oxunub və nəşrə hazırlanıb.

Müzakirələrdə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin şöbə müdiri Mahir Qəhrəmanov, Quba Soyqırımı Kompleksinin direktoru Rəxşəndə Bayramova, Trabzon Univeristetinin müəllimi Kamran Abdullayev, İstanbul Bəylərbəyi Sabancı Yetkinləşmə İnstitutu Restavrasiya və Konservasiya Laboratoriyasının məsul işçisi Rəqsanə Həsənova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin doktorantı Günel Baxışova, müstəqil tədqiqatçılar Faiq Nəsibov, Üzeyir Mikayıl, Hüseyn Mirzəyev və digər iştirakçılar çıxış ediblər.

Qobustan, Quba, Biləsuvar, Qəbələ arxeoloji və epiqrafik abidələri, əlyazmalarla qarşılıqlı müqayisələr, kitabələrin ətraf mühit və bakteriyalardan qorunması vəziyyəti,

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az