Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 72 dəfə

Polis əməkdaşları karantində qalan vətəndaşlarla görüşüblər

Paylaş

Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları müvəqqəti karantin məntəqələrində saxlanılan vətəndaşlarla görüşüb, onlara mənəvi dəstək göstəriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Həmid Həsənov və bir neçə polis əməkdaşı karantin məntəqəsinə baş çəkərək, vətəndaşların yaşayış şəraitləri ilə maraqlanıblar.

Vətəndaşlara ölkə rəhbərliyi tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlərdən danışılıb, tətbiq olunan karantin rejiminin əhalinin sağlamlığının təmin olunmasına xidmət etdiyi bildirilib.

Qeyd olunub ki, bir müddətdir COVID-19 pandemiyası dünyanı narahat edən problemə çevrilib. İnkişaf etmiş dünya ölkələri ilə müqayisədə az sayda yoluxma qeydə alınan dövlətimizdə pandemiyanın qarşısının alınması istiqamətində Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən bütün bölgələrdə xüsusi karantin rejimi tətbiq olunaraq, virusun genişmiqyaslı yayılmasının qarşısının alınması istiqamətində sosial izolyasiya tədbirləri həyata keçirilir.

Bundan əlavə, ölkəmizin bir çox bölgələrində karantin məntəqələri yaradılıb və əcnəbi dövlətlərdən qayıdan həmvətənlərimizin sağlamlıqlarının müayinəsinin aparılması üçün onlar müvəqqəti olaraq bu yerlərdə yerləşdiriliblər.

Polis əməkdaşları ilə söhbət zamanı müvəqqəti karantin məntəqələrinin sakinləri onlara bu çətin günlərdə baş çəkərək, mənəvi dəstək olan Azərbaycan polisinə öz təşəkkürlərini bildiriblər.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az