Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro1.9854 AZN
Oxunub: 63 dəfə

Qənirə Paşayeva son 8 gündə 200-ə yaxın vətəndaşımızı qəbul edib

Paylaş

MM-nın Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva son 8 gündə 200-ə yaxın vətəndaşımızın və mədəniyyət sahəsi işçilərinin qayğı, təkliflərini dinləyib, həlli istiqamətində müvafiq qurumlara müraciətlər edib.

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva son 8 gündə 165 nəfər vətəndaşımızı qəbul edib və online qaydada görüntülü danışıb, onların müraciətlərini, qayğılarını dinləyib, geniş fikir mübadiləsi aparıb və həlli istiqamətində bir sıra qurumlarla, təşkilatlarla müzakirələr aparıb.

Eyni zamanda millət vəkili Q.Paşayevanın köməkçisi tərəfindən 100-dən çox müraciət dinlənilib. Millət vəkili Qənirə Paşayeva həmin məsələlər barədə də aidiyyatı qurumlara müraciət edib. Müraciətlərin bir hissəsi öz müsbət həllini tapıb. Sakinlərin müraciətləri arasında müalicə, təhsil, işə qəbul, ünvanlı sosial yardım, xəstəliyə görə əlillik pensiyası almaq, su, qaz, işıq, yol problemləri, məhkəmə qərarlarının icrası ilə bağlı məsələlər daha geniş yer tutub.

Vətəndaşlarla müzakirələr zamanı millət vəkili Qənirə Paşayeva vətəndaşlarımızla koronavirus pandemiyasından qorunmaq istiqamətində maarifləndirici fikir mübadiləsi aparıb. Millət vəkili eyni zamanda cənab prezidentimiz İlham Əliyevin rəhbərliyi altında COVİD-19-un ölkəmizdə geniş yayılmaması, əhalimizin sağlamlığının qorunması ilə bağlı da geniş məlumatlar verib və onları COVİD-19-dan qorunmaq üçün qaydalara əməl etməyə çağırıb.

Millət vəkili, Mədəniyyət Komitəsinin sədri Qənirə Pşayeva eyni zamanda son 8 gündə 30-a yaxın mədəniyyət sahəsi işçilərini onların müraciətləri əsasında tək-tək qəbul edib, onların qaldırdıqları təkliflər barədə geniş fikir mübadiləsi aparıb. Mədəniyyət sahəsi işçilərinin qaldırdığı problemlər, təkliflər əsasında Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva bir sıra qurumlara rəsmi müraciətlər göndərib və onların rəhbərləri ilə həmin məsələlər ətrafında geniş fikir mübadiləsi aparıb.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az