Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 64 dəfə

Qəzada ölənlərin sayı üç nəfərə çatıb

Paylaş

Aprelin 10-u gecə saatlarında Şabran rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsində ölənlərin sayı üç nəfərə çatıb.

Arx.az Azərtac-a istinadla xəbər verir ki, rayonun Hacıqaraqaşlı kəndində qeydə alınan hadisə zamanı 36 yaşlı Bəxtiyar Xanoğlan oğlu Şahverdiyevə məxsus “Kia Cerato” markalı avtomobil dəniz kənarından qayıdan zaman yoldan çıxaraq aşıb.

Qəza nəticəsində rayonun Pirəbədil kənd sakini, 34 yaşlı Elnur Azad oğlu Babayev və Sumağa kənd sakini, 29 yaşlı Vüsal Rövşən oğlu Zəkiyev hadisə yerində ölüb.

Qəzada müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralılar – Zəkiyev İsmayıl Rövşən oğlu, Babayev Cəlal Azad oğlu, Şahverdiyev Bəxtiyar Xanoğlan oğlu və Əzməmmədov Ramin Oqtay oğlu Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, 27 yaşlı Cəlal Babayev də xəstəxanada ölüb.

Fakta bağlı Şabran Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsilə cinayət işi açılıb.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az