Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 73 dəfə

Qobustanda koronavirusa qarşı mübarizə tədbirləri davam etdirilir

Paylaş

Qobustan rayonunda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə əsasən koronavirus pandemiyası təhlükəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Rayon icra hakimiyyətindən bildirilib ki, rayon mərkəzindəki küçələr, çoxmənzilli yaşayış evləri, inzibati binalar, məcburi köçkünlərin məskunlaşdığı şəhərcik, kəndlərdəki inzibati binalar qrafikə əsasən mütəmadi olaraq dezinfeksiya edilir.

Rayon gigiyena və epidemiologiya mərkəzinin işçiləri ötən gün Qobustan şəhərindəki Heydər Əliyev prospektini, Ş. Şikarov, İ.Beydullayev küçələrini, Yeni Massivdəki küçələri, parkları, xiyabanları, məşğulluq mərkəzini, bankomatların ərazisini xüsusi məhlulla dezinfeksiya ediblər.

Qeyd edək ki, gücləndirilmiş karantin rejimi şəraitində əhali arasında maarifləndirici söhbətlər aparılır, tənha ahıl və aztəminatlı ailələrə yardımlar göstərilir.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az