Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 14 dəfə

Sabahdan körpələr evi-uşaq bagçaları fəaliyyətə başlayacaq

Paylaş

Sentyabrın 15-dən İsmayıllı rayonunda da körpələr evi-uşaq bağçaları fəaliyyətə başlayacaq və bunun üçün bütün hazırlıq işləri başa çatdırılıb.

Arx.az xəbər verir ki, Rayon icra hakimiyyətindən verilən məlumata görə, mövcud olan 10 körpələr evi- uşaq bağçası sabahdan balaca fidanları qəbul edəcək. Bu məqsədlə zəruri tədbirlər həyata keçirilib.

Belə ki, hər yerdə geniş təmizlik, tibbi-profilaktik işlər görülüb. Bütün işçilər tibbi müayinədən keçirilib, koronavirus pandemiyası təhlükəsi ilə əlaqədar hər kəs təlimatlandırılıb.

Hər yerdə mövcud vəziyyət nəzərə alınaraq müvafiq sanitar-gigiyenik qaydalara əməl edilməklə təlim-tərbiyə işləri davam etdiriləcək.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az