Bu Gün Hava: 12°ABŞ dolları1.7 AZNAvro1.874 AZN
Oxunub: 30 dəfə

Şəki Şəhər İcra Hakimiyyətinin kollektivi Prezidentin təşəbbüsünə qoşulublar

Paylaş

Şəki Şəhər İcra Hakimiyyətinin kollektivi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmək təşəbbüsünə qoşulublar.

Arx.az Azərtac-a istinadla xəbər verir ki, koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin başlatdığı genişmiqyaslı tədbirlərə dəstəyini ifadə edən Şəki Şəhər İcra Hakimiyyəti Aparatının əməkdaşları, həmçinin icra hakimiyyəti başçısının kənd və qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri bir aylıq vəzifə maaşları miqdarında vəsaitin Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülməsi barədə qərar qəbul ediblər.

İanənin ayrılmasında əsas məqsəd infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Prezident İlham Əliyevin tapşırıqları əsasında hökumətin həyata keçirdiyi tədbirlərə dəstək olmaqdır.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az