Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 72 dəfə

Tərtərdə ərzaq yardımı aksiyası davam etdirilir

Paylaş

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tapşırıqlarına əsasən, Tərtər şəhərində, həmçinin rayonun qəsəbə və kəndlərində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir, tənha, ahıl sakinlərə, aztəminatlı ailələrə yardımlar göstərilir.

Arx.az xəbər verir ki, indiyədək Tərtər Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının təşkilatçılığı, ayrı-ayrı sahibkarların və iş adamlarının dəstəyi ilə ümumilikdə 1354 nəfər olmaqla, 1254-dən çox aztəminatlı ailəyə və yaşı 65-dən yuxarı olan tənha ahıl insanlara ərzaq yardımı, 130-dan çox ailəyə isə gigiyenik vasitələr paylanıb.

YAP rayon təşkilatı Gənclər Birliyinin fəalları və könüllülərinin köməkliyi ilə ayrı-ayrı ünvanlarda yaşayan aztəminatlı, tənha, yaşlı insanlara ərzaq bağlamaları paylanıb. Həmçinin onların koronavirusdan qorunması, sağlamlığının müdafiəsi məqsədilə maarifləndirici söhbətlər aparılıb.

Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışına qoşulan əslən Tərtər rayonundan olan, hazırda Ukraynada yaşayan iş adamı Muxtar Orucov öz vəsaiti hesabına rayonda yaşayan 360 aztəminatlı ailəyə maddi yardım göndərib.

Rayonda tənha və kimsəsiz ahıllara, aztəminatlı ailələrə yardım edilməsi istiqəmətində işlər davam etdirilir.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az