Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 67 dəfə

Ucarda koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində dezinfeksiya işləri davam etdirilir

Paylaş

Ucar rayonunda koronavirus pandemiyasının yayılma təhlükəsinə qarşı mübarizə tədbirləri çərçivəsində dezinfeksiya işləri davam etdirilir.

Arx.az Rayon icra hakimiyyətinə istinadla xəbər verir ki, gigiyena və epidemiologiya mərkəzinin işçiləri qrafikə əsasən zəruri obyektlərdə mütəmadi olaraq dezinfeksiya işlərini həyata keçirirlər.

Gün ərzində qruplara bölünən dezinfektorlar 2 təcili yardım maşınını, polis şöbəsinin inzibati binasını və ərazisini, Dədə Qorqud küçəsindəki iki 16 mənzilli yaşayış binasının, Heydər Əliyev prospektindəki ictimai yaşayış binalarının girişlərini və pilləkənlərini, habelə ətrafını, ticarət mərkəzinin ərazisində yerləşən obyektləri, Azərbaycan, M.Ə.Rəsulzadə, Oğuz küçələrindəki və “Dörd yol” ərazisindəki marketləri, xidmət obyektlərini, 8 bankomatı və ətrafını xüsusi məhlulla dezinfeksiya ediblər.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az