Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 14 dəfə

Ucarda pambıq yıgımı başlayıb

Paylaş

Ucar rayonunda “ağ qızıl” yığımına başlanılıb və bir neçə gündə əl ilə 25 ton məhsul toplanılıb.

Arx.az xəbər verir ki, Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, cari mövsümdə 5 inzibati ərazi dairəsində – Xələc, Lək, Yuxarı Şilyan, Boyat və Əlikənd ərazilərində 200 hektarda məhsul yetişdirilib.

Artıq hər yerdə pambıq yığılır və bu işə 80 nəfərdən çox işçi qüvvəsi cəlb olunub. Toplanan pambıq “P-Aqro” MMC-nin Ucar filialına təhvil verilir.

Qeyd edək ki, yetişdirilən məhsulun 20 faizi əl ilə yığılacaq. Qalan sahələrin məhsulu isə maşınlarla toplanacaq. Bu məqsədlə 3 pambıqyığan kombayn hazır vəziyyətə gətirilib.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az