Bu Gün Hava: 7°ABŞ dolları1.7 AZNAvro1.8352 AZN
Oxunub: 5 dəfə

Yaşıl İqlim Fondu ilə Əməkdaşlıga Hazırlıq Proqramının müzakirəsi keçirilib

Paylaş

Aqrar Elm və İnnovasiya Mərkəzində “Kənd təsərrüfatı və digər sektorlarda Milli Səviyyədə müəyyən edilmiş töhfələrin yerinə yetirilməsi ilə əlaqədar ölkə potensialının artırılması və Azərbaycanda ölkənin iş proqramına uyğun müxtəlif sektorlardan fondun maliyyəsinə birbaşa çıxışı olan potensial milli qurumların müəyyən edilməsinə yardım göstərilməsi” layihəsi çərçivəsində Yaşıl İqlim Fondu ilə Əməkdaşlığa Hazırlıq Proqramının müzakirəsi keçirilib.

Arx.az Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinə istinadla xəbər verir ki, tədbirdə Mərkəzin rəhbərliyi və əməkdaşları, Fondun ekspertlər qrupunun üzvləri olan türkiyəli mütəxəssis Çağlar Başsüllü, İsa Əliyev və Elçin Atababayev iştirak ediblər.

Məlumat verilib ki, 2017-ci ildə Paris Sazişinə qoşulmuş Azərbaycan Respublikası milli öhdəlik kimi dünya iqlim dəyişikliyi üzrə 2030-cu ilə qədər istixana effekti yaradan qaz emissiyası səviyyəsini 35 faiz azaltmağa nail olmalıdır. Bu məqsədlə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Yaşıl İqlim Fondu ilə birgə təhlili məlumat bazalarının yaradılması, praktiki texnoloji həllərin tapılması və ölkə üzrə milli proqramın hazırlanmasını təmin etməlidir.

Qrupların müzakirəsində Milli Proqram ilə bağlı təkliflərin hazırlanması, təhlil edilərək təqdim olunması qərara alınıb.

Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov məlumat verib ki, son illər elmi-tədqiqat işləri təbii resursların qorunması, resursqoruyucu texnologiyaların tətbiq edilməsi, stress faktorlarına dözümlü sort və tinglərin, heyvan cinslərinin yaradılması istiqamətinə yönəldilib.

Hazırlanacaq Milli Proqramda Kənd Təsərrüfatı Nazirliyinin bu istiqamətdə yeni yanaşması öz əksini tapacaq. Türkiyəli mütəxəssis Çağlar Başsüllü Azərbaycanda müxtəlif bölgələrdə meşə və yaşıllıq zolaqlarının salınmasının, havada karbon qazı yaradan tullantıların emal edilərək orqanik gübrə istehsalı sahələrinin yaradılmasının vacibliyini bildirib.

Müzakirədə işçi qruplarının mütəmadi görüşlərinin təşkili, Milli Proqramın hazırlanması üzrə təkliflərin formalaşdırılması qərara alınıb.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az