Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 70 dəfə

Yevlaxda çiyid səpininə başlanılıb

Paylaş

Yevlax rayonunda pambıqçılıqla məşğul olan fermer və torpaq mülkiyyətçiləri ciddi hazırlıqdan sonra çiyid səpini kampaniyasına start veriblər.

Bu il rayon ərazisində 2208 hektar sahədə “ağ qızıl” becərilməsi nəzərdə tutulub. Pambıq istehsalçı ilə 1658 hektarı “MKT İstehsalat Kommersiya” MMC və 550 hektarı “P-Aqro” MMC ilə olmaqla, müqavilə bağlanılıb. Səpin aparılacaq təsərrüfatlarda sahələr vaxtında şumlanıb, arata qoyulub, malalanaraq hazır vəziyyətə gətirilib.

Çiyid səpininə ilkin olaraq rayonun Qoyunbinəsi kəndi ərazisindən başlanılıb. Növbəti günlərdə kütləvi səpin işlərinin aparılması üçün texnikalar hazır vəziyyətə gətirilib. Pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər.

Səpin kampaniyasına 13 çiyidsəpən aqreqat, 11 mala, 4 çizel və 3 dərmansəpən cəlb olunub. Səpin işlərinin optimal müddətdə başa çatdırılması nəzərdə tutulur. Yevlax pambıqçılarının builki hədəfi hər hektardan 30 sentnerdən çox olmaqla, 7 min ton məhsul istehsal etməkdir.

Qeyd edək ki, 2019-cu ildə Yevlax rayonunda 2406,8 hektar sahədə pambıq becərilib, 6347,8 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 26,4 sentner olub.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az