Bu Gün Hava: 12°ABŞ dolları1.7 AZNAvro1.874 AZN
Oxunub: 22 dəfə

Azərbaycanda 500-ə yaxın böyrəkköçürmə əməliyyatı icra olunub

Paylaş

Beş il əvvəl Azərbaycanda aparılan böyrəkköçürmə əməliyyatlarının sayı 89-a bərabər idi. Lakin son beş ildə 500-ə yaxın belə əməliyyat icra olunub.

Arx.az Azərtac-a istinadla xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin baş nefroloqu Fariz Babayev deyib.

“Dializ alan hər bir xəstə böyrək köçürülməsi yolu ilə hemodializ müalicəsindən xilas olmağı arzulayır. Lakin burada bəzi vacib məqamlar var. Azərbaycan qanunlarına görə, böyrək donorluğunu mütləq ailə üzvlərindən kimsə etməlidir. Köçürülən böyrəklər də xəstənin orqanizminə uyğun gəlməlidir.

Həmçinin hər xəstəyə böyrək köçürülməsi uğurla nəticələnməyə bilər. Bu səbəbdən həkimlər çox diqqətli olmağa və düzgün seçim aparmağa çalışırlar. Ona görə də düzgün seçimə əsasən ehtiyacı olan xəstələr qeydiyyata alınır. Ailə üzvlərindən kiminsə donorolma və orqanın xəstənin bədəninə uyğungəlmə şansı varsa, böyrəkköçürmə əməliyyatı icra olunur”, – deyə baş nefroloq bildirib.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az