Bu Gün Hava: 8°ABŞ dolları1.7 AZNAvro1.8427 AZN
Oxunub: 26 dəfə

Amerikalı ekspertlərlə görüş keçirilib

Paylaş

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) ABŞ-ın İrs Fondu (Heritage Foundation) və Xəzər Siyasi Mərkəzindən (Caspian Policy Center) olan nümayəndə heyəti ilə görüş keçirilib.

Arx.az BMTM-yə istinadla xəbər verir ki, Xəzər Siyasi Mərkəzindən ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, səfir Riçard Hoqland, mərkəzin icraçı direktoru Əfqan Nifti, səfir Alan Mustard, səfir Syuzan Eliot, İrs Fondundan Lyuk Koffi ilə görüş zamanı çıxış edən BMTM-in sədri Fərid Şəfiyev bir ildir fəaliyyət göstərən mərkəz barədə məlumat verib.

Bildirib ki, mərkəzin əsas fəaliyyət istiqaməti Azərbaycanın xarici siyasətinin və beynəlxalq əlaqələrin müxtəlif aspektlərini təhlil etməkdir. O, bu baxımdan Ermənistan-Azərbaycan münaqişəsinin və danışıqlar prosesinin təhlilinə xüsusi yer ayrıldığını vurğulayıb.

Fərid Şəfiyev, həmçinin Azərbaycanın ABŞ ilə əlaqələrə xüsusi önəm verdiyini deyərək mərkəz daxilində bu sahənin təhlili üçün ekspertin fəaliyyət göstərdiyini əlavə edib. O, iki ölkə arasında əlaqələrin möhkəmlənməsi istiqamətində bir sıra addımların atılmalı olduğunu əlavə edib.

Xəzər Siyasi Mərkəzi və İrs Fondundan olan nümayəndə heyəti ABŞ-Azərbaycan əlaqələrindən danışaraq azərbaycanlıların ABŞ-ın həyatında iştirakının artırılması istiqamətində gələcəkdə atıla biləcək addımlardan bəhs ediblər.

Tərəflər ABŞ-Azərbaycan münasibətlərinin xüsusi istiqamətləri, Ermənistan-Azərbaycan münaqişəsi, gələcəkdə birgə tədbirlərin keçirilməsi ideyaları ətrafında müzakirələr aparıblar.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az