Bu Gün Hava: 20°ABŞ dolları1.7 AZNAvro1.8927 AZN
Oxunub: 66 dəfə

Azərbaycan Xarici İşlər naziri ilə Ukrayna Xarici İşlər naziri arasında telefon danışıgı olub

Paylaş

Mayın 22-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov ilə Ukrayna Xarici İşlər naziri Dmitro Kuleba arasında telefon danışığı olub.

Arx.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, nazirlər mövcud qlobal pandemiya ilə bağlı vəziyyətə toxunaraq, sağlamlıq böhranı ilə mübarizədə dövlətlər tərəfindən görülən tədbirlərə dair fikir mübadiləsi aparıblar. Mövcud vəziyyətdə qarşılıqlı dəstək və həmrəyliyin əhəmiyyətini vurğulayıblar.

Nazirlər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edərək, ölkələr arasında xüsusilə iqtisadi və enerji sahələrində əlaqələrin inkişafını, eləcə də tərəflərin milli maraqlarına uyğun olaraq, nəqliyyat, tranzit və logistika sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az