Bu Gün Hava: 7°ABŞ dolları1.7 AZNAvro1.8358 AZN
Oxunub: 13 dəfə

Belqradda Daglıq Qarabag haqqında mühazirə dinlənilib

Paylaş

Serbiyanın paytaxtı Belqradda Dağlıq Qarabağ və Kosovonun mədəni irsləri haqqında mühazirə dinlənilib.

Arx.az Azərtac-a istinadla xəbəri verir ki, “Dünyanın gözündə” adlı mühazirədə Serbiya Qloballaşma Mərkəzinin sədri professor Deyan Miletiç və səfirliyimizin əməkdaşı Emil Ağayev müvafiq olaraq Kosovo və Dağlıq Qarabağın mədəniyyətləri, tarixləri barədə maraqlı məlumatlar veriblər.

Tədbir çərçivəsində Azərbaycan şairlərinin serb dilinə tərcümə olunmuş şeirləri səsləndirilib, “Sehrli lampa” Assosiasiyasının gənc üzvlərinin ifasında mahnılar dinlənilib, habelə balet nömrələri nümayiş etdirilib.

Qeyd edək ki, mühazirəni dinləyənlər arasında Qazaxıstan, Əlcəzair, Anqolanın diplomatik nümayəndələrinin üzvləri, jurnalistlər və elm xadimləri olublar.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az