Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 18 dəfə

Ermənistanın qanunsuz məskunlaşdırma siyasəti onun münaqişənin həllində maraqlı olmadıgını göstərir – Xesus Xil Fuensanta

Paylaş

Son vaxtlar Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən qanunsuz məskunlaşdırma siyasəti Yerevanın işğalı davam etdirməsinə şərait yaradır.

Arx.az xəbər verir ki, bu fikri Azərtac-a müsahibəsində İspaniyanın Madrid Muxtar Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müdiri, doktor Xesus Xil Fuensanta bildirib.

Xesus Xil Fuensanta qeyd edib ki, Ermənistan Suriya və Livan ermənilərini Azərbaycanın işğal olunmuş ərazilərinə köçürməklə orada demoqrafik vəziyyəti dəyişdirməyə çalışır.

Vurğulanıb ki, qanunsuz məskunlaşdırma siyasəti beynəlxalq humanitar hüququn, o cümlədən 1949-ci il Cenevrə konvensiyalarının müddəalarının kobud şəkildə pozulmasıdır. Ermənistanın belə məsuliyyətsiz addımları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə aparılan danışıqlara ciddi zərbə vurur, Yerevanın münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını, mövcud status-kvonu qoruyub saxlamağa cəhd etdiyini göstərir.

Kafedra müdiri deyib ki, Ermənistan tərəfi münaqişənin həllində irəliləyişə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrə uyğun olaraq öz qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam, qeyd-şərtsiz çıxarmalıdır.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az