Bu Gün Hava: 7°ABŞ dolları1.7 AZNAvro1.8352 AZN
Oxunub: 12 dəfə

GUAM-ın Milli Əlaqələndiricilər Şurasında iclas keçiriləcək

Paylaş

Fevralın 27-28-də Ukraynanın paytaxtı Kiyevdə GUAM-ın Milli Əlaqələndiricilər Şurasının 52-ci iclası keçiriləcək.

Arx.az GUAM-ın Milli Əlaqələndiricilər Şurasına istinadla xəbər verir ki, iclasın ilk günü quruma üzv olan ölkələrin ekspertləri səviyyəsində müzakirələr aparılacaq. GUAM çərçivəsində siyasi, iqtisadi əməkdaşlığın perspektivləri, beynəlxalq təşkilatlarda birgə fəaliyyətin gücləndirilməsi müzakirə olunacaq.

Fevralın 28-də isə GUAM-a üzv olan ölkələrin Xarici İşlər nazirlərinin müavinlərinin iştirakı ilə iclasın rəsmi açılışı olacaq.

Qeyd edək ki, GUAM-a sədrlik 2020-ci ilin yanvarın 1-dən Azərbaycana keçəcək.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az