Bu Gün Hava: 8°ABŞ dolları1.7 AZNAvro1.8427 AZN
Oxunub: 344 dəfə

Parlament seçkilərində Qarabag Qazisi, hüquqşünas Vüqar Dadaşov da iştirak edəcək

Paylaş

Bildiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin 5 dekabr tarixli sərəncamı ilə ölkədə növbədənkənar parlament seçkiləri 2020- ci il fevralın 9-na təyin edilib. Qeyd edək ki, beşinci çağırış parlamentin buraxılması barədə qərar Milli Məclis üzvlərinin 2 dekabr tarixli müraciəti və Konstitusiya Məhkəməsinin 4 dekabr tarixli qərarı əsasında qəbul edilib.

Arx.az xəbər verir ki, tanınmış hüquqşünas, Qarabağ Qazisi Vüqar Dadaşov Milli Məclisə keçiriləcək seçkilərə öz namizədliyini irəli sürmək fikrində olduğun bildirib.

Xatırladaq ki, Dadaşov Vüqar Piri oğlu 18.12.1972-ci il tarixdə Yardımlı rayonu Bozayran kəndində anadan olub,1990-cı ildə orta məktəbi fərqlənmə ilə bitirib, məktəblilər arasında Azərbaycan Respublika Olimpiadasının qalibi olub,1991-1996-cı illərdə Azərbaycan Respublikası DİN DQ tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda döyüşlərdə iştirak edib, 22.09.1993-cü il tarixdə Zəngilan Rayonunda işğalçı ermənilərlə döyüş zamanı yaralanıb.

1996-cı ildən 2014-cü ilədək Rusiya Federasiyasında yaşayıb.

Ali təhsillidir, Moskva Humanitar Akademiyasının Hüquqşünaslıq fakültəsini, və Rusiya Federasiyası Nəqliyyat Nazirliyinin “Bilik” elmi mərkəzinin “Əhalinin və yüklərinin daşınmasinin təşkili” ixtisasını və “Ural Ali Məktəblər Assosiasiyası “ingilis dili” kursunu bitirib.

2000-2008-ci illər Ümumrusiya Azərbaycanlıları Konqresinin Sverdlovsk vilayəti bölməsinin nəzarət-yoxlama komissiyasının sədri vəzifəsində diaspor fəaliyyəti göstərib. Rusiyada hüquq-mühafizə orqanlarında və vəkillər ittifaqında tərcüməçi, hüquqşünas, hüquq məsləhətçisi kimi vəzifələrdə işləyib.

2015-ci ildən Azərbaycan KİV-də, TV-də, radioda, elektron mediada hüquqşünas, hüquq eksperti və politoloq kimi sıxış edir. 2018-ci il Azərbaycan Respublikası Prezidentliyinə eks namizəd Razi Nurullayevin vəkili olmuşdur. 130-dan çox elmi, hüquqi, siyasi araşdırma xarakterli məqalə və 10-dan çox Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilmiş qanun layihələrinin, “Mənim düşüncəm” adlı tarixi, elimi, fəlsəfi mövzuda yazılmış kitab müəllifidir. Ailəlidir, üç övladı var.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Müharibə veteranı”dır. Prezident təqaüdçüsüdür. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Bizimlə əlaqə: arx.az@mail.ru

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az