Bu Gün Hava: 8°ABŞ dolları1.7 AZNAvro1.8427 AZN
Oxunub: 19 dəfə

Prezident İlham Əliyev işgalçı ölkə rəhbərini geniş auditoriya qarşısında çıxılmaz vəziyyətdə qoydu

Paylaş

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan debatları Gürcüstan azərbaycanlıları, eləcə də gürcü ictimaiyyəti diqqətlə izləyirdi. Gürcüstan azərbaycanlılarının bu görüş barədə bir fikri var: Bu, Azərbaycan diplomatiyasının tarixi qələbəsidir.

Arx.az Azərtac-a istinadla xəbər verir ki,bu sözləri Gürcüstan Parlamentinin deputatı Azər Süleymanov söyləyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev tarixi faktlarla Nikol Paşinyanı növbəti dəfə susdurdu, işğalçı ölkə rəhbərini geniş auditoriya qarşısında çıxılmaz vəziyyətdə qoydu. Sözün həqiqi mənasında, Ermənistanın baş naziri Nikol Paşinyan siyasi süquta düçar oldu. Prezident İlham Əliyev bütün beynəlxalq ictimaiyyət qarşısında Paşinyanı darmadağın etdi.

Deputat bildirib ki, Prezident İlham Əliyevin ermənilərin işğal olunmuş torpaqlarda bütün azərbaycanlıları etnik təmizləməyə məruz qoyduğunu, işğal altındakı torpaqlarda mədəni irsimizi məhv etdiklərini, Dağlıq Qarabağda Ermənistanın heç bir tarixi irsinin olmadığını dəlil sübutlarla dünya ictimaiyyətinin diqqətinə çatdırdı.

Paşinyanın saxta “tarixi ekskursiyası” yalnız Prezident İlham Əliyev və zaldakı müşahidəçilər tərəfindən deyil, Gürcüstan azərbaycanlıları tərəfindən də gülüşlə qarşılandı. Paşinyan bir daha göstərdi ki, onun ciddi siyasi açıqlamalar verəcək nə arqumenti, nə də siyasi bazası var.

A.Süleymanov deyib: “Paşinyanın belə bir uğursuzluğa düçar olması təkcə Ermənistan ictimaiyyətini deyil, Gürcüstanda yaşayan erməniləri də pis vəziyyətə qoyub. Paşinyanın hətta Dağlıq Qarabağı Azərbaycan torpaqları olduğunu etiraf etməsi erməni icmasına böyük zərbə oldu. Ermənilər şok vəziyyətindədir. Bu uzun zaman onların yadından çıxmayacaq”.

Deputat vurğulayıb ki, Gürcüstanda yaşayan soydaşlarımız Prezident İlham Əliyevin Münxendəki çıxışını Azərbaycan diplomatiyasının tarixi qələbəsi kimi qiymətləndirirlər.

“Gürcüstan azərbaycanlıları Prezident İlham Əliyevin ətrafında daha sıx birləşiblər və onunla fəxr edirlər”, – deyə Azər Süleymanov vurğulayıb.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az