Bu Gün Hava: 22°ABŞ dolları1.7 AZNAvro1.9044 AZN
Oxunub: 47 dəfə

“Azərbaycan-yurdum mənim” adlı onlayn şeir müsabiqəsi keçirilib

Paylaş

Salyan Rayon Gənclər və İdman İdarəsi və rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onların istedadlarının, yaradıcılıq potensiallarının üzə çıxarılması məqsədi ilə 28 May – Respublika Gününə həsr edilmiş “Azərbaycan- yurdum mənim” adlı onlayn şeir müsabiqəsi keçirilib.

Arx.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, videoçarx formatında təqdim olunan şeirlər münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Münsiflər heyətinin qərarına əsasən, birinci yeri Aytac İsgəndərli (şəhər 4 saylı tam orta məktəb), ikinci yeri Fərid Sadıqov (şəhər 2 saylı tam orta məktəb), üçüncü yeri Aysu Əsədova (şəhər 7 saylı məktəb-lisey) tutub. Mirdavud Mirsalahov (şəhər 7 saylı məktəb-lisey), Mətanət Məmmədzadə (şəhər 6 saylı tam orta məktəb) və Gülçin Rüstəmli (şəhər 8 saylı tam orta məktəb) müsabiqənin fərqlənmiş iştirakçıları seçiliblər.

Onlayn şeir müsabiqəsinin qalib və fərqlənmiş iştirakçıları ilə yaşadıqları ünvanda görüş keçirilib. Görüşdə rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov qalibləri və fərqlənmiş iştirakçıları diplomlarla təltif edib.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az