Bu Gün Hava: 20°ABŞ dolları1.7 AZNAvro1.8927 AZN
Oxunub: 12 dəfə

Azərbaycanda həyatını itirənlərin 15 nəfəri 60-69 yaş arasında olan vətəndaşlardır

Paylaş

Azərbaycanda koronavirusdan həyatını itirənlərin 15 nəfəri 60-69, 13 nəfəri 50-59, 11 nəfəri 70-79 yaş arasında, 5 nəfəri isə 80 yaşdan yuxarı vətəndaşlarda qeydə alınıb. 40-49 yaş qrupunda ölənlərin sayı iki nəfərdir. Aşağı yaş qruplarında vəfat edənlərin çoxu yanaşı gedən ağır xəstəliklərdən əziyyət çəkirdilər.

Arx.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

R.Bayramlı bildirib ki, Azərbaycanda koronavirusa yoluxma hallarında sağalanların yaş qrupları üzrə və cins bölgüsündə əvvəlki həftə ilə müqayisədə dəyişiklik qeydə alınmayıb.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az