Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro1.9854 AZN
Oxunub: 72 dəfə

Baş Prokurorluq Abşeronda törədilən cinayətlə baglı açıqlama yayıb

Paylaş

Baş Prokurorluq Abşeron rayonunda həyat yoldaşını öldürən kişinin tutulması ilə bağlı rəsmi məlumat yayıb.

Arx.az Azərtac-a istinadən xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov bildirib ki, ilkin araşdırmalarla aprelin 29-da saat 21 radələrində 1991-ci il təvəllüdlü Anar Bəkirovun Qobu qəsəbəsində yaşadıqları evdə qısqanclıq zəminində 1993-cü il təvəllüdlü həyat yoldaşı Leyla Bəkirovaya bıçaqla xəsarətlər yetirib qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Anar Bəkirov cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulub.

K.Zeynalov, həmçinin qeyd edib ki, hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Paylaş

1 thought on “Baş Prokurorluq Abşeronda törədilən cinayətlə baglı açıqlama yayıb

  1. Geri izləmə: here

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az