Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro1.909 AZN
Oxunub: 24 dəfə

Bu gün Azərbaycanda 2927 test aparılıb

Paylaş

Mayın 26-da Azərbaycanda koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2927 test aparılıb. Bununla da indiyədək aparılan testlərin sayı 276 min 338-ə çatıb.

Arx.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən məlumat verilib.

Həmçinin bildirilib ki, hazırda ölkəmizdə aktiv koronaviruslu xəstə sayı 1532-yə bərabərdir. Xəstələrdən 63 nəfəri reanimasiyadadır ki, onlardan da 13-ü süni tənəffüs cihazına qoşulub.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb, serebral ateroskleroz, hipoksik ensefalopatiya və şəkərli diabet xəstəliyi olan 1948-ci il təvəllüdlü vətəndaş vəfat edib.

Xatırladaq ki, mayın 26-da Azərbaycanda koronavirusa daha 132 yoluxma faktı qeydə alınıb, 78 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Hazırkı dövrədək ölkəmizdə 4403 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2819 nəfər müalicə olunaraq sağalıb, 52 nəfər vəfat edib, 1532 nəfərin müalicəsi xüsusi rejimli xəstəxanalarda davam etdirilir.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az