Bu Gün Hava: 24°ABŞ dolları1.7 AZNAvro1.858 AZN
Oxunub: 9 dəfə

DMX-nin Çagrı Mərkəzinə 92 min 967 zəng daxil olub

Paylaş

Xüsusi karantin dövründə Dövlət Miqrasiya Xidmətinin (DMX) fasiləsiz fəaliyyət göstərən 919 Çağrı Mərkəzi gücləndirilmiş iş rejimində çalışıb. Mart ayından mayın 15-dək DMX-nin Çağrı Mərkəzinə 92 min 967 zəng daxil olub.

Bunu Xidmət rəisi Vüsal Hüseynov mayın 20-də keçirdiyi onlayn mətbuat konfransında deyib.

Xidmət rəisi Çağrı Mərkəzinə daxil olan müraciətlərin hər birinin diqqətdə saxlanıldığını və operativ şəkildə cavablandırıldığını bildirib. O, əcnəbilərə istənilən məsələ ilə bağlı (012) 919 – Çağrı Mərkəzinə zəng etmələrini bir daha xatırladıb.

V.Hüseynov bildirib ki, qəbul edilən zənglərin 36 min 337-si müvəqqəti olma müddətinin uzadılması, 24 min 624-ü müvəqqəti yaşama, 2 min 701-i iş, 2006-sı daimi yaşama icazəsi, 1067-si inzibati xəta, 1444-ü vətəndaşlıq məsələləri, 4408-i olduğu yer üzrə qeydiyyat, 20 min 380-ni isə digər məsələlərlə bağlı olub.

Bu da ötən illə müqayisədə təqribən dörd dəfə çoxdur.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az