Bu Gün Hava: 22°ABŞ dolları1.7 AZNAvro1.9044 AZN
Oxunub: 83 dəfə

Güclü külək şəhər və rayonlarda ciddi fəsadlar törədib

Paylaş

Qərb və Şimal-qərb regionlarında 23-25 may tarixlərində gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq “Azərişıq” ASC gücləndirilmiş iş rejimini davam etdirir.

Gecə saatlarında güclü külək Gəncə şəhəri, Şəmkir, Samux, Şəki, Qax, Balakən və Zaqatala rayonları ərazisində ciddi fəsadlar törədib, dam örtüklərini və iri gövdəli ağacları elektrik xətlərinin üzərinə aşırıb.

Bəzi yaşayış massivlərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranıb. “Azərişıq” ASC-nin qəza xidməti əməkdaşlarının gördüyü tədbirlər nəticəsində elektrik enerjisinin verilişi tam bərpa edilib.

Mövcud hava durumu ilə əlaqədar ərazilərə əlavə mal-materal və texnika ayrılıb.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az