Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro1.9854 AZN
Oxunub: 63 dəfə

İordaniya portalı akademik Zərifə Əliyeva haqqında məqalə dərc edib

Paylaş

İordaniyada geniş oxucu auditoriyasına malik www.nayrouz.com xəbər portalında ölkənin tanınmış yazıçı-publisisti, tarixçi Ömər əl-Armutinin “Mərhum həkim Zərifə Əliyeva Azərbaycanın müasir tarixinin tanınmış simalarından biridir” adlı məqaləsi dərc edilib.

Bu barədə Azərbaycanın İordaniyadakı səfirliyindən məlumat verilib.

Məqalənin müəllifi aprelin 28-də Zərifə Əliyevanın anadan olmasının 97-ci ildönümünün qeyd edildiyini diqqətə çatdırır, incə qəlbli ana və sadiq həyat yoldaşı olmuş akademikin tibb elminə mühüm töhfələr verdiyini vurğulayır. O, Azərbaycan xalqının akademik Zərifə Əliyevanın xatirəsinə ehtiramla yanaşdığını qeyd edir və onun həyat və fəaliyyətinə nəzər salır.

Zərifə Əliyevanın 1960-cı ildə oftalmologiya sahəsi üzrə tibb elmləri namizədi dərəcəsinə yiyələndiyi, 1968-ci ildən başlayaraq sözügedən sahə üzrə aktual problemlər üzərində tədqiqatlar apardığı və onun sayəsində dünyada ilk görmə orqanının peşə patologiyasının araşdırılması üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyasının yaradıldığı oxucuların diqqətinə çatdırır.

Bildirir ki, 1923-cü il aprelin 28-də Naxçıvanın Şahtaxtı kəndində, Azərbaycanın tanınmış dövlət və ictimai xadimi Əziz Əliyevin ailəsində anadan olmuş Zərifə Əliyevanın yaşadığı dövr ərzində oftalmologiya elmi sahəsində apardığı möhtəşəm tədqiqatları hazırkı dövrdə bu elmlə bağlı aktual məsələləri ehtiva edir və Azərbaycan oftalmologiya tarixində əlamətdar yer tutur.

1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsinin verildiyi barədə məlumat verən müəllif onun Sovet İttifaqının oftalmologiya elmində ən yüksək mükafatı olan “Averbax” mükafatına layiq görüldüyünu qeyd edir.

Ömər əl-Armuti vətənpərvərliyi, insanlığı, qəlbinin təmizliyi və insanlara qarşı hədsiz məhəbbəti ilə seçilmiş Zərifə xanımın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin sadiq ömür-gün yoldaşı olduğunu, onun Ümummilli Liderə bütün işlərində dayaq və dəstək olduğunu vurğulayır.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ailədə tərbiyə alıb. Hazırda Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir, parlaq gələcəyə can atan müasir dövlətə çevrilib. Prezident İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın təməlini qoyduqları işləri davam etdirirlər”, – deyə müəllif məqaləsini yekunlaşdırır.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az