Bu Gün Hava: 20°ABŞ dolları1.7 AZNAvro1.8927 AZN
Oxunub: 37 dəfə

Karantin rejiminin uzadılması müzakirə olunur

Paylaş

Azərbaycanda xüsusi karantin rejiminin uzadılması müzakirə olunur. Lakin hansı tarixədək uzadılacağı epidemik göstəricilərdən asılı olacaq.

Arx.az xəbər verir ki, bu barədə bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

R.Bayramlı bildirib ki, beynəlxalq uçuşların bərpası və sərhədlərin açılması da müzakirə obyektidir. Bunun üçün daxildəki yoluxma hallarının stabilləşməsi, qonşu ölkələrdəki epidemioloji vəziyyətin təhlili, qonşu və digər ölkələrdə aviaşirkətlərin həyata keçirəcəyi tədbirlər əsas götürüləcək.

Ola bilsin ki, bu, iyunun 15-dən sonra mümkün olsun. Lakin yaxın günlərdə gözlənilmir. İlk olaraq Naxçıvan Muxtar Respublikasına uçuşların bərpasını düşünürük”.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az