Bu Gün Hava: 21°ABŞ dolları1.7 AZNAvro1.9044 AZN
Oxunub: 10 dəfə

“Moderna” şirkəti koronavirus vaksininin nəticələrinin müsbət çıxdıgını bəyan edib

Paylaş

ABŞ-ın “Moderna” biotexnologiya şirkəti mümkün koronavirus vaksininin nəticələrinin müsbət çıxdığını və onun COVID-19-un qarşısının alınması üçün potensiala malik olduğunu bəyan edib.

Şirkətin administrasiyası klinik sınaqların ilk mərhələsinin başa çatdığını bildirib. Koronavirus SARS-CoV-2-yə qarşı “mRNA-1273” nömrəli namizəd vaksinin təbii infeksiyalara məruz qalmış 45 nəfərin üzərində sınaqdan keçirildiyi zaman anticisimlərin törəmə prosesi müsbət nəticələr verib.

Milli Səhiyyə İnstitutları yanındakı Yoluxucu Xəstəliklər və Milli Allergiya İnstitutları ilə birgə keçirilən sınaq artıq bir neçə həftədir davam edir. Yaxın həftələrdə sınaqların ikinci mərhələsinə başlanılacağı bildirilir.

Məlumata görə, namizəd vaksin sağaldıcı plazma ilə müqayisədə daha yüksək səviyyədə anticisimlər yetişdirir. Yeni vaksinin, həmçinin ümumiyyətlə təhlükəsiz olduğu aşkarlanıb.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az