Bu Gün Hava: 20°ABŞ dolları1.7 AZNAvro1.8927 AZN
Oxunub: 13 dəfə

Paytaxtda ən çox yoluxma halları Yasamalda qeydə alınıb

Paylaş

Paytaxtda ən çox yoluxma faktı Yasamalda qeydə alınıb. Belə ki, paytaxt üzrə yoluxma hallarının 16 faizi həmin rayonun payına düşür.

Bu barədə bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O, həmçinin deyib: “Günlər ərzində 7 minə yaxın testlər icra olunub. Müsbət nəticələrin ümumi müayinələrdə payı 1,5 faizə yaxındır. Həftəlik orta rəqəm isə təxminən 2,4 faiz təşkil edir. Ümumi testlərdə müsbət nəticələrin payı sərt karantin rejimi ilə müqayisədə 0,3-0,5 faizdən 2,4 faizə qədər yüksəlib. Ötən həftə isə bu nisbət 2,9 faizə qədər artıb”.

R.Bayramlı bildirib ki, Nəsimi rayonunda bu rəqəm 14,8, Sabunçuda 13,8, Nərimanovda 11,3, Binəqədidə 10,6, Xətaidə 9,4, Qaradağda 8,4, Suraxanıda 5,4, Nizamidə 4,9, Xəzərdə 3,1, Səbaildə 1,8, Pirallahıda 0,4 faizə bərabərdir.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az