Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro1.9854 AZN
Oxunub: 70 dəfə

Qazaxıstan Azərbaycanın təcrübəsi əsasında vətəndaşların hərəkəti üçün onlayn qeydiyyat sistemi hazırlayıb

Paylaş

Qazaxıstan Respublikasının Türkistan vilayəti Azərbaycanın “Xüsusi Karantin Rejimində İcazələrin Alınması və Monitorinqi Sistemi” təcrübəsi əsasında vətəndaşlarının hərəkəti üçün onlayn qeydiyyat sistemini hazırlayıb.

Yeni sistem vətəndaşlara ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, təxirəsalınmaz tibbi zərurət, eyni zamanda, evlərini tərk edərkən və ya işə gedərkən onlayn qaydada icazə almağa kömək edəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ölkəmizdə tətbiq olunan müvafiq sistem barədə Astana Dövlət Xidmətləri Mərkəzinin 42 ölkənin iştirak etdiyi onlayn platformasında məlumat paylaşılıb.

Müvafiq platformada Azərbaycan təcrübəsindən başqa Yunanıstan və Birləşmiş Ərəb Əmirliklərində karantin rejimində tətbiq olunan onlayn sistemlər barədə də məlumat verilib. Qazaxıstanın Türkistan vilayəti isə məhz Dövlət Agentliyinin təcrübəsi əsasında müvafiq sistemi ərsəyə gətirib.

Bu barədə BMT-nin İnkişaf Proqramının Astana Dövlət Xidməti Mərkəzinin (Astana Civil Service Hub) veb-səhifəsində və Qazaxıstanın digər yerli xəbər portallarında məlumat dərc olunub.

“Xüsusi Karantin Rejimində İcazələrin Alınması və Monitorinqi Sistemi” Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi və Daxili İşlər Nazirliyi tərəfindən ərsəyə gətirilib.

Məlumata keçid üçün link: https://www.astanacivilservicehub.org/articles/view/akimat-turkestana-primenyaet-innovacii-v-period-karantina-pri-sodeystvii-astaninskogo-haba-gossluzhby

Paylaş

2 thoughts on “Qazaxıstan Azərbaycanın təcrübəsi əsasında vətəndaşların hərəkəti üçün onlayn qeydiyyat sistemi hazırlayıb

  1. Great site you have here but I was curious if you knew of any community forums that cover the samje topics
    discussed here? I’d really love to be a part of online
    community where I can get resposes from other experienced individuazls that share the same interest.
    If you have any recommendations, pkease let
    me know. Thank you!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az