Bu Gün Hava: 20°ABŞ dolları1.7 AZNAvro1.8927 AZN
Oxunub: 50 dəfə

Qırgızıstanın dövlət televiziyasında Azərbaycana həsr olunan veriliş yayımlanıb

Paylaş

Qırğızıstanın “Piramida” dövlət televiziya kanalının “Dostluq körpüsü” proqramında Azərbaycana həsr olunan rus dilində veriliş yayımlanıb.

verilişin müəllifləri və aparıcıları Bişkekdə yaşayan soydaşlarımız Hökümə Xəlilova və Ramiz Məşədihəsənlidir.

Verilişdə,bu ilin yanvarında Bişkekdə Prezident Sooronbay Jeenbekovun iştirakı ilə Azərbaycan-Qırğızıstan Dostluq parkının təməlqoyma mərasimi haqqında videomaterial, Qırğızıstandakı “Azəri” İctimai Birliyinin sədri, Əməkdar hüquqşünas Əzizağa Əliyevin ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri ilə bağlı müsahibəsi, Azərbaycan-Qırğızıstan iqtisadi əlaqələrinə dair material da yayımlanıb.

Proqramda ötən ilin oktyabrında Bakıda Türk Şurasının Zirvə görüşü, bu tədbirdə qəbul olunan sənədlər, Azərbaycan və Qırğızıstan prezidentləri İlham Əliyevlə Sooronbay Jeenbekovun ikitərəfli görüşü, əlaqələrimizin inkişafı və genişləndirilməsinə dair şərh verilib.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az